“Apple” özünün illik təqdimat mərasimində yeni iPhone modellərini təqdim edib.
Bizim.Media xəbər verir ki, yeni model iPhone 13 adlandırılıb – iPhone 13, gözlənildiyi kimi, həmçinin iPhone 13 mini, iPhone 13 Pro və iPhone 13 Pro Max da işıq üzü görüb.
Smartfonlar beş yeni rəngdə təqdim olunub, yeni super-suyadavamlı şüşə ilə təchiz edilib, iPhone 13 və iPhone 13 mini modellərində "Super Retina XDR” displeyi yer alıb.
Bütün yeni cihazlarda aparat platforması kimi 5-nanometrlik yeni “Apple Bionic A15” prosessor yerləşdirilib. Şirkət əmin edir ki, yeni “iPhone” təkmilləşdirilmiş ekrana və daha güclü prosessora malikdir, bu isə batareyanın ömrünü artırır.
Əsas yeniliklərdən biri ekran kəsintilərinin azalmasıdır – bu, “FaceID” sisteminin tətbiqindən ilk dəfə baş verir. iPhone 13 və iPhone 13 mini fərqli kamera quruluşuna malikdir – indi onlar diaqonal şəkildə yerləşdirilib.
iPhone 13 Pro-nun qiyməti 999 dollardan, iPhone Pro Max-ın qiyməti isə 1099 dollardan başlayır və 128, 256, 512 GB yaddaş həcmləri təklif olunur. İlk dəfə olaraq 1 TB variantı da buraxılacaq.
Qeyd edək ki, gözləntilərin əksinə barmaq izi skanı (Touch İD), çıxıntısız ekran və peyk vasitəsilə əlaqə kimi dəyişikliklərə iPhone 13-də rast gəlinməyib.
Bizim.Media