Neftlə bağlı hökumətin ehtiyatlı MÖVQEYİ – “Qiymətlərlə bağlı hələ də tərəddüdlər var” 

Neftlə bağlı hökumətin ehtiyatlı MÖVQEYİ – “Qiymətlərlə bağlı hələ də tərəddüdlər var” 

Hazırda oxunan: Neftlə bağlı hökumətin ehtiyatlı MÖVQEYİ – “Qiymətlərlə bağlı hələ də tərəddüdlər var” 

36397

Gələn ilin dövlət büdcəsində neftin bir barel qiyməti 45 dollardan götürülüb. 

Bu barədə Maliyyə Nazirliyinin 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında bildirilib. Məlumurdur ki, hazırda neft qiymətləri 70 dollar ətrafındadır.
 

MÖVZU İLƏ BAĞLI:

Ramiz Göyüşov YAP-dan QOVULDU


Belə olduğu halda büdcədə niyə ehtiyatlı yanaşma ortaya qoyulub?

Gələn il üçün də pandemiya və karantin nəticəsində neftin ucuzlaşması təhlükəsi varmı?

İqtisadçı Razi Abbasbəyli Bizim.Media-ya açıqlamasında bildirib ki, dünya bazarlarında neft qiymətləri ilə bağlı hələ də tərəddüdlər var:
 

“2021-ci ilin nəticələri ilə bağlı dünyanın bir sıra iqtisadi mərkəzlərinin hesabatlarının açıqlanması gözlənilir. Bu açıqlamalar növbəti ildə enerji daşıyıcılarının qiymətləri ilə bağlı tərəddüdlərə son qoyacaq”.


İqtisadçı deyir ki, büdcədə neft qiymətləri ilə bağlı minimum hədd götürülüb: 

“İlin birinici yarısında da bu rəqəmləri dəyişmək mümkündür. Məlumdur ki, bu əslində neft və neft məhsullarının ixracından əldə edilən vergilərdən büdcəyə daxilolmalar üçün nəzərdə tutulub. Neft gəlirləri isə birbaşa büdcəyə deyil, Dövlət Neft Fonduna daxil olur”.

Razi Abbasbəyli neft bazarına tərəddüd yaradan amilləri sadalayıb: 

“Yaxın Şərqdə Əfqanıstan hadisələri, Qvineyada baş vermiş dövlət çevrilişi birjalara təsirini göstərir. Həmçinin digər ölkələrdə də baş verə biləcək siyasi hadisələr neft bazarına təsirini göstərə bilər”.

Koronavirus pandemiyası, qapanma ehtimalı neft bazarına təhdid yaratmaqda davam edirmi?

İqtisadçı deyib ki, yeni ştamlar yayılsa da, vaksinasiya prosesi sərt qapanmaların olacağını gözlənilən etmir: 
 

“Düşünürəm ki, növbəti ildən pandemiyanın dünya iqtisadiyyatına təhddidləri azalmağa başlayacaq”.


Xatirə Nəsirli, Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO