Daha bir ölkə Bitkoini rəsmi valyuta kimi qəbul edəcək - 2022-ci ildən

Daha bir ölkə Bitkoini rəsmi valyuta kimi qəbul edəcək - 2022-ci ildən

Hazırda oxunan: Daha bir ölkə Bitkoini rəsmi valyuta kimi qəbul edəcək - 2022-ci ildən

36155

Salvadordan sonra daha bir ölkə Bitkoini rəsmi valyuta kimi qəbul etməyə hazırlaşır.

Bizim.Media xəbər verir ki, Ukrayna bu sahəni leqallaşdırmaq yolunda ilk addımını atıb.

Ölkənin Ali Radası ötən gün kriptovalyutalardan istifadəyə icazə verilməsi və əməliyyatların tənzimənməsi haqqında qanun layihəsini qəbul edib. 

Əvvəllər ölkədə fərdi şəxslər Bitcoin və digər kriptovalyutaları ala bilirdisə, şirkətlər və birjaların bu əməliyyatlarla məşğul olması qanunla qadağan idi. Yeni qanunla bu sahədə bir sıra azadlıqlar verilməsi ilə yanaşı, kriptovalyuta əməliyyatları ilə məşğul olanlar üçün bir sıra məsuliyyət hədləri müəyyən edilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Kriptovalyuta bazarında REKORD YÜKSƏLİŞ 


Salvadordan fərqli olaraq, Ukrayna Bitcoini milli valyuta qrivna ilə bərabər ödəniş vasitəsi kimi təsdiq etməsə də, bu qanunla qlobal kriptovalyuta biznesinə qoşulmaq yolunda ciddi adım atmış olacaq.

Ölkə 2022-ci ildən biznes və investorlar üçün kriptovalyuta bazarını açmağı planlaşdırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO