Gələn il dövlət büdcəsi nə qədər olacaq? – RƏSMİ AÇIQLAMA 

Gələn il dövlət büdcəsi nə qədər olacaq? – RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: Gələn il dövlət büdcəsi nə qədər olacaq? – RƏSMİ AÇIQLAMA 

36114

2022-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 26 407 milyon manat, xərclərinin isə 28 974 milyon manat olacağı gözlənilir. 

Bizim.Media xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bunlar 2021-ci ilin təsdiq edilmiş proqnozları ilə müqayisədə müvafiq olaraq 3,8% və 1,5% çoxdur. 

Son nəticədə dövlət büdcəsində 2 567 manat kəsir yaranacaq. Büdcə gəlirlərinin 52,4%-i neft, 47,6%-i isə qeyri-neft sektorunun payına düşəcək.

Neft gəlirlərinin 85,7%-i Dövlət Neft Fondundan (ARDNF) transfertlər, 14,3%-i isə vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar hesabına təmin ediləcək. 

Büdcə xərclərinin isə 68,7%-ni cari xərclər, 24,7%-ni əsaslı xərclər, 6,6%-ni isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər təşkil edəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO