Pambıq, tütün və şəkər çuğunduruna görə subsidiyalar dayandırıldı - RƏSMİ

Pambıq, tütün və şəkər çuğunduruna görə subsidiyalar dayandırıldı - RƏSMİ

Hazırda oxunan: Pambıq, tütün və şəkər çuğunduruna görə subsidiyalar dayandırıldı - RƏSMİ

35873

“Azərbaycanda fermerlərə əkin subdiyasının verilməsi ilə bağlı qərarda xeyli dəyişiklik var”.

Bizim.Media xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov deyib.

“Əvvəllər pambıq, şəkər çuğunduru və tütünə görə həm əkin, həm də məhsul subsidiyası verilirdi. İndi isə yalnız məhsul subsidiyası veriləcək. Amma bu subsidiyanın məbləği hər ton üçün artırılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Bu il kənd təsərrüfatı mallarının ixracında rekord qeydə alınacaq


Məhsul subsidiyası pambıqda 100 manatdan 170 manata, tütündə 5 manatdan 26 manata, çəkər çuğundurunda isə 4 manatdan 12 manata qaldırılıb”, - deyə o, qeyd edib.

“Rayonlarda davamlı olaraq görüşlər keçiririk. Pambıq əkən fermerlərlə görüşlərdə bildirilir ki, məhsulun həcmi artırılsa, əkin subsidiyasına ehtiyac qalmayacaq. Yeni qaydalar onların daha çox məhsul istehsal etməsini stimullaşdıracaq”, - deyə V.Hüseynov əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO