Dünya yeni iqtisadi böhranın astanasındadır.
Bizim.Media xəbər verir ki, Rusiyanın beynəlxalq investitsiya ekspertləri belə bir rəyə gəliblər.
Onlar hesab edirlər ki, ABŞ Federal Ehtiyat Sistemi və Avropa Mərkəzi Bankı öz yumşaq valyuta siyasətlərinin tələsinə düşüblər. Bu siyasət bazarların çöküşü ilə nəticələnib:
1. Birjada aktivlər bahalaşıb, lakin inkişaf etmiş ölkələrin bir çox dövlət istiqrazlarının gəlirliliyi neqativdir.
2. Likvidlik böyükdür, amma inflyasiya ABŞ-da daxil olmaqla ölkələrin ehtiyatlarını “yeyir” və investisiyaların cəlbediciliyini təhdid edir.
3. FES-in problemsiz addımlarına baxmayaraq, Mərkəzi Bankların buna sərtləşdirmə siyasəti ilə reaksiya verməsi bazarları çökdürə bilər.
4. Sərtləşdirmə kreditlə yaşayan "zombi şirkətlər"in iflası ilə nəticələnə bilər.
MÖVZU İLƏ BAĞLI:
Bu il Azərbaycan iqtisadiyyatına 7,5 milyard investiya qoyulub - DETALLAR
Ekspertlər ABŞ və qlobal iqtisadiyyatlardakı yüksək inflyasiya proqnozunun həm də hava temperaturunun kəskin istiləşməsi ilə bağlı olduğunu açıqlayıb və gözlənilən riskləri sadalayıblar:
*Təbii fövqəladə halların artması,
*COVID-19-dan sonra yeni virusların ortaya çıxması,
*Sosial bərabərsizliyin artması,
*Silahlı qarşıdurmalar.
Qlobal karbohidrogen istehlakının azalması isə Rusiya üçün əlavə faktor olaraq göstərilir. Hər halda Rusiyalı ekspertlər bu fikirdədirlər.
Xatirə Nəsirli, Bizim.Media