2021-ci ilin yanvar-iyul aylarında Azərbaycanda əsas kapitala 7 milyard 59,3 milyon manat məbləğində, yaxud 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 12,1 faiz az vəsait yönəldilib.
Bizim.Media xəbər verir ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 10,4 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 13,4 faiz azalıb.
İstifadə olunmuş vəsaitin 4 milyard 883,0 milyon manatı və ya 69,2 faizi məhsul istehsalı sahələrinə, 1 milyard 639,0 milyon manatı (23,2 faizi) xidmət sahələrinə, 537,3 milyon manatı (7,6 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 4463,7 milyon manatını və ya 63,2 faizini daxili vəsaitlər təşkil edib.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 4 milyard 797,1 milyon manatı və ya 68,0 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 60,3 faiz, büdcə vəsaitləri 19,6 faiz, bank kreditləri 6,0 faiz, əhalinin şəxsi vəsaitləri 7,0 faiz, sair vəsaitlər isə 7,1 faiz təşkil edib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
09:03 / 13.08.2021
Bu il Azərbaycan iqtisadiyyatına 7,5 milyard investiya qoyulub - DETALLAR
Hazırda oxunan: Bu il Azərbaycan iqtisadiyyatına 7,5 milyard investiya qoyulub - DETALLAR
Hazırda oxunan: Bu il Azərbaycan iqtisadiyyatına 7,5 milyard investiya qoyulub - DETALLAR
32463
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.