Bu ilin yanvar-iyun aylarında Azərbaycan xaricdən dəyəri 52,213 mln. ABŞ dolları (88,763 mln. manat) olan 75 407,71 ton "Aİ-95" ("Premium") markalı benzin idxal edib.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumatl yayıb.
İdxal olunan bənzinin həcmi 2 dəfə, dəyəri isə 2,3 dəfə artıb. Cari ilin I yarısında Azərbaycana "Premium" markalı benzininin əsas ixracatçısı Rusiya olub ( ümumi idxalın 60,8%-i).
Ölkə Azərbaycana 31,343 mln. dollarlıq (53,282 mln. manat) 31 342,6 ton "Aİ-95" tədarük edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsində 26,4%, dəyər ifadəsində isə 44,8% çoxdur.
Azərbaycana ən çox "Premium" markalı benzin göndərən ikinci ölkə isə Rumıniya olub. Belə ki, 2021-ci ilin ilk yarısında ölkə Azərbaycana 18,180 mln. dollar dəyərində (30,905 mln. manat) 25 399,78 "Aİ-95" benzini ixrac edib. Ötən ilin eyni dövründə bu ölkədən Azərbaycana "Aİ-95" markalı benzin tədarük olunmayıb.
Qeyd edək ki, 2020-ci ildə Azərbaycan 58,615 mln. dollar (99,646 mln. manat) dəyərində 96 998,93 ton "Aİ-95" benzini idxal edib.
Bu 2019-cu il ilə müqayisədə həcm ifadəsində 80,3%, dəyər ifadəsində isə 44,2% çoxdur.
Xatırladaq ki, iyulun 31-də Azərbaycanda "Premium" markalı avtomobil benzininin bahalaşması qeydə alınıb. Yanacağın qiymətindən asılı olan səbəbdən sözügedən benzinin qiyməti 1,40 manatdan 1,45 manatadək yüksəlib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
13:30 / 11.08.2021
"Aİ-95" benzininin idxalı iki dəfə ARTDI
Hazırda oxunan: "Aİ-95" benzininin idxalı iki dəfə ARTDI
Hazırda oxunan: "Aİ-95" benzininin idxalı iki dəfə ARTDI
32175
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.