Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəməsi “SOCAR Energy Ukraine” şirkəti bu ölkənin Müdafiə Nazirliyinin elan etdiyi tenderin qaliblərindən biri olub.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Ukrayna mətbuatı yayıb.
Mənbə yazır ki, nazirlik 26 960 ton dizel yanacağının alınması üzrə elan etdiyi tenderin nəticələrini açıqlayıb.
Qaliblər “Alyans Energo Trade”, “Exxon UK” və “OKKO Kontrakt” şirkətləri ilə yanaşı “SOCAR Ukraine” şirkətidir. Azərbaycan şirkətindən tonu 29 445 qrivnadan (1 870 manat) 4 min ton dizel yanacağı alınacaq.
Digər qaliblərə gəlincə, “Alyans Energo Trade” şirkəti Müdafiə Nazirliyinə tonu 28 817 - 29 139 qrivnadan 13 750 ton, “Exxon UK” şirkəti tonu 29 283 qrivnadan 5 610 ton, “OKKO Kontrakt" şirkəti isə tonu 29 445 qrivnadan 3 600 ton dizel yanacağı tədarük edəcək.
Bizim.Media
![SOCAR Ukraynanın Müdafiə Nazirliyinə dizel yanacağı satacaq? – DETALLAR SOCAR Ukraynanın Müdafiə Nazirliyinə dizel yanacağı satacaq? – DETALLAR](https://bizim.media/file/articles/2021/08/02/1627911089_0de-4-kcur.jpg)
- A-
- A
- A+
İqtisadiyyat
17:29 / 02.08.2021
SOCAR Ukraynanın Müdafiə Nazirliyinə dizel yanacağı satacaq? – DETALLAR
Hazırda oxunan: SOCAR Ukraynanın Müdafiə Nazirliyinə dizel yanacağı satacaq? – DETALLAR
Hazırda oxunan: SOCAR Ukraynanın Müdafiə Nazirliyinə dizel yanacağı satacaq? – DETALLAR
30904
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.