Nazir Azərbaycanın startap ekosisteminin nümayəndələri ilə görüşdü

Nazir Azərbaycanın startap ekosisteminin nümayəndələri ilə görüşdü

Hazırda oxunan: Nazir Azərbaycanın startap ekosisteminin nümayəndələri ilə görüşdü

29780

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev Azərbaycanın startap ekosisteminin nümayəndələri ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Nazirlikdən məlumat verilib. 

Məlumata görə, məqsəd ölkəmizdə startap ekosisteminin mövcud vəziyyəti, problemləri və perspektivləri barədə müzakirələrin aparılması, yeni prioritetlərin müəyyən edilməsi və təkliflərin dinlənilməsi olub.
 

MÖVZU İLƏ BAĞLI:

"Rəqəmsal transformasiya sahəsində Türkiyə təcrübəsinə marağımız var" - Nazir


Müzakirə zamanı “beyin axını”nı Azərbaycana geri döndərmək, hətta xaricdən ölkəmizə “beyin”ləri cəlb etmək üçün imkanların olduğu vurğulanıb.

Rəşad Nəbiyev çıxışında ölkədə innovativ mühitin formalaşdırılmasında startapların əhəmiyyətindən bəhs edib. Nazir qeyd edib ki, istedadlı startapçıların Azərbaycanda fəaliyyət göstərməsi, öz bilik və bacarıqlarını ölkədə tam realizə edə bilməsi iqtisadiyyatımızın inkişafına müsbət təsir göstərəcək, ölkəmizin güclənməsinə xidmət edəcək.

Rəşad Nəbiyev əlavə edib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi öz səlahiyyətləri çərçivəsində ​ startapçılara dəstək göstərməyə, onların inkişafına və rəqəmsal mühitin mühüm bir parçası olmalarına kömək etməyə hazırdır. Nazir bu istiqamətdə görüşləri mütəmadi davam etdirəcəklərini deyib.

“Hesab edirəm ki, hazırda ümumilikdə ölkəmizdə innovasiyaların inkişafı və müxtəlif sahələrə tətbiqi üçün əlverişli şərait yaradılıb. Hər birinizi innovativ mühitin formalaşdırılmasında aktiv iştiraka dəvət edirəm”, – deyə nazir vurğulayıb.

Görüş iştirakçıları startap ekosisteminin inkişaf meyilləri və bu istiqamətdə qarşılaşdıqları problemlər haqqında ətraflı məlumat veriblər.

Sonda startapçılar minnətdarlıqlarını bildirib və bu görüşün gələcək fəaliyyət üçün faydalı olacağına əminliklərini ifadə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO