2021-ci ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 5919,4 milyon manat vəsait yönəldilib.
Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,6 faiz az olub. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 2,8 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 11,3 faiz azalıb.
Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən istifadəyə verilən mühüm əhəmiyyətli obyektlərin siyahısını təqdim edir:
Bakı şəhərində:
İqtisadiyyat Nazirliyinin yeni inzibati binası,
4 saylı DOST Mərkəzi,
Azərbaycan Respublikası Baş Prokurorluğunun inzibati bina
kompleksi,
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin yeni inzibati binası,
“Suraxanı” tankermuzeyi,
Suraxanı Rayon Məhkəməsinin yeni inzibati binası,
Hərbi Qənimətlər Parkı,
Sumqayıt şəhərində:
Vərəqə şüşə istehsalı zavodu,
Abşeron rayonunda:
Abşeron Rayon Mərkəzi Xəstəxanasının binası,
Hacıqabul rayonunda:
“Azərsun Şamaxı Aqropark”ı,
Hacıqabul Sənaye Məhəlləsi,
110/35/10 kilovoltluq “Qarasu” elektrik yarımstansiyası,
Qəbələ rayonunda
Qəbələ Dəmir Yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolu,
Füzuli rayonunda:
110/35/10 kilovoltluq “Füzuli” elektrik yarımstansiyası,
Şuşa rayonunda:
110/35/10 kilovoltluq “Şuşa” elektrik yarımstansiyası
Naxçıvan Muxtar Respublikasında:
“Azərxalça” ASC-nin filialı,
Naxçıvan Qarnizonu Mərkəzi Hospitalı,
Süni Mayalanma Mərkəzi,
Culfa Ordubad magistral avtomobil yolu
Xatirə, Bizim.Media