Rus maşınları BAHALAŞDI - Avtomobil bazarında ŞOK

Rus maşınları BAHALAŞDI - Avtomobil bazarında ŞOK

Hazırda oxunan: Rus maşınları BAHALAŞDI - Avtomobil bazarında ŞOK

27447

Son günlərdə Rusiyada avtomobil qiymətlərində ciddi artımın olduğu müşahidə olunmaqdadır. Bu cür vəziyyət isə təkcə rusiyalı alıcıları yox, azərbaycanlı müştəriləri də çətin durumla üz-üzə qoyub.

Ümumi statistikaya görə, Azərbaycana idxal olunan avtomobillərin sayına görə Rusiya qabaqcıl yerlərdən birini tutur. Xüsusilə də, daha yeni avtomobilləri ucuz qiymətə əldə etmək istəyən alıcılar məhz şimal qonşumuzun markalarına daha çox yönəlir.
 

MÖVZU İLƏ BAĞLI:

Yay aylarında avtomobillərin qiyməti daha da bahalaşacaq - PROQNOZ


Sözügedən bazarda vaş verən dəyişikliklər isə, ölkəyə gətirilməsinə icazə verilən avtomobillərin hansı ildə istehsal olunması və cavab verdiyi standartlar məsələsini yenidən gündəmə gətirib.

Məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Bizim.Media-ya öz fikirlərini bildirib. 

Ekspertin sözlərinə görə, insanlar arasında ölkəyə gətirilməsinə icazə verilən avtomobillərlə bağlı yalnış təsəvvür mövcuddur:

“Azərbaycana hal-hazırda Avro-4 və ya daha yüksək keyfiyyət göstəricilərinə malik Avro-5, Avro-6 standartlarına cavab verən maşınlar gətirilə bilər. Avro-4 standartlarına cavab verən avtomobillər üçün isə il məhdudiyyəti mövcuddur. Sözügedən keyfiyyətlərə cavab verən 2015-2016-ci ildən sonra istehsal olunan avtomobillər ölkəyə gətirilə bilər. Həmçinin müəyyən ölkələr üçün fərqli istehsal illərindən olan avtomobillərin ölkəyə buraxılmasına icazə verilir. Yəni, insanlar arasında yayılan “son 5 ildə istehsal olunan maşınlar ölkəyə gətirilə bilər”- fikri doğru deyil”. 

Ekspertin fikrincə, indiki dövrdə Avro-4 standartlarına cavab verən avtomobillərin ölkəyə gətirilməsinə qadağa qoyulması da inandırıcı görünmür:

“Hələki ölkəmizə Avro-4 standartına uyğun olan avtomobillərin gətirilməsinə icazə verilir. Əgər gələcəkdə avtomobil parkının yenilənməsindən söhbət gedərsə, o halda Avro-5 standartına uyğun minik vasitələrinin ölkəyə gətirilməsinə keçid ola bilər. Sözügedən standartlara uyğun avtomobillərin istehsal ili isə 2010-cu ildən sonrakı dövrə təsadüf edir. Yəni, 2015-2016-cı illərin məhdudiyyətlərin tətbiq edilməsi hələ ki, mümkün deyil. Çünki Azərbaycanın avtomobil bazarı belə bir qadağanın tətbiqini mümkün edəcək qədər yeni deyil. Hələ ki, sözügedən məsələ real görünmür”. 

Elməddin Muradlı, eyni zamanda avtomobil bazarında qiymətlərin artması ilə bağlı yayılan söz-söhbətlərə də münasibətini bildirib: 

“Təbii ki, hal-hazırda ölkəyə gətirilməsinə icazə verilən avtomobillərin keyfiyyət göstəricilərinin yüksəlməsi qiymətlərin artımı, eyni zamanda daha kiçik tutumlu maşınlara keçidin baş verməsi ilə nəticələnə bilər. Məlumdur ki, qiymət artımı baş verəcəyi təqdirdə insanlar daha ucuz avtomobillərə yönələcəklər. Lakin sözügedən proseslər gələcəkdə baş verə bilər. Hal-hazırda isə hər hansı qiymət artımından söhbət getmir”.

Lakin son dönəmlərdə maşın qiymətlərində 10-15% həcmində artım nəzərdən qaçmayıb.

Xüsusilə də, gömrük tariflərinin yüksək olması və pandemiya səbəbindən daşınmaların çətinləşməsi, ikinci əl avtomobillərə olan tələbatın yüksəlməsinə səbəb olub. Nəticədə sözügedən minik vasitələrinin qiymətlərindəki artım müştərilərin durumunu bir qədər də çətinləşdirib. 

Bir çox ekspertlər isə, qiymət artımınının gələcəkdə də davam edəcəyi qənaətindədirlər.

Belə ki, Rusiya bazarındakı yüksəliş, təkcə sözügedən ölkənin istehsalı olan minik vasitələrinin yox, eyni zamanda bütün avtomobillərin qiymət artımını qaçılmaz edəcək.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO