Orban avrodan imtina ETDİ – “Avropa İttifaqı onsuz da dağılır”

Orban avrodan imtina ETDİ – “Avropa İttifaqı onsuz da dağılır”

Hazırda oxunan: Orban avrodan imtina ETDİ – “Avropa İttifaqı onsuz da dağılır”

274215

Macarıstanın Baş naziri Viktor Orban ölkəsində avronun milli valyuta kimi tətbiqinə qarşı çıxıb. O, Avropa İttifaqının “dağılmaqda olduğunu” bildirərək Macarıstanın bu qurumdan asılılığını daha da artırmamalı olduğunu vurğulayıb. 

Bizim.Media xəbər verir ki, Macarıstanın Baş naziri bu fikirləri “EconomX” iqtisadi portalına müsahibəsində səsləndirib.

“Macarıstan öz taleyini Avropa İttifaqı ilə hazırkından daha sıx bağlamamalıdır. Avroya keçid bu istiqamətdə atıla biləcək ən sıx addım olardı”, — deyə Orban qeyd edib.

Onun sözlərinə görə, Avropa İttifaqı dərin böhran yaşayır və radikal dəyişikliklər baş verməsə, “bu proses davam edəcək və Aİ keçmişdə qalacaq”.
 

Qeyd edək ki, iyunun 4-də Avropa Komissiyası və Avropa Mərkəzi Bankı Bolqarıstanın 2026-cı il yanvarın 1-dən avrozona qoşulmasına razılıq verib. Bununla da Bolqarıstan valyuta ittifaqının 21-ci üzvü olacaq.


Qərarı həmçinin Avrozonaya üzv ölkələrin maliyyə nazirlərini birləşdirən Avroqrup da dəstəkləyib və Aİ Şurasına Bolqarıstanda avronun rəsmi tətbiqini təsdiqləməyi tövsiyə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO