Gələn il pensiyalar nə qədər artacaq? - Əhaliyə MÜJDƏ

Gələn il pensiyalar nə qədər artacaq? - Əhaliyə MÜJDƏ

Hazırda oxunan: Gələn il pensiyalar nə qədər artacaq? - Əhaliyə MÜJDƏ

274000

Son illərdə Azərbaycanda pensiyaların hər il indeksləşdirilməsi ənənəvi hal alıb. Bu proses sosial təminat sisteminin sabitliyini qorumaq və inflyasiyanın pensiyaçılara təsirini minimuma endirmək məqsədi daşıyır. Bu baxımdan gələn il pensiyaların neçə faiz indeksləşdiriləcəyi və ümumilikdə nə qədər artımın olacağı maraq doğurur.

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, təqaüdlərin indeksləşdirilməsi qərarı Nazirlər Kabineti və ya Prezidentin fərmanı ilə qəbul olunur.

Ekspertin sözlərinə görə, son illər indeksləşdirmə orta aylıq əməkhaqqının artım tempinə uyğun şəkildə aparılır:

“Bu səbəbdən də dəqiq faiz demək çətindir. Amma çox güman ki, əgər indeksləşdirmə qərarı verilərsə, artım təxminən 8-10 faiz civarında ola bilər”, – deyə Natiq Cəfərli qeyd edib.
 

Yəni təxmini hesablasaq, 300 manat pensiya alan şəxsin təqaüdü 10 faiz indeksləşmə ilə 30 manat artacaq. 8 faizlə isə bu artım 24 manat təşkil edəcək.


Qeyd edək ki, pensiyaların indeksləşdirilməsi prosesi hər il iqtisadi göstəricilərin dəyişməsinə əsasən həyata keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO