Tarif Şurasından dərman vasitələrinin qiyməti ilə bağlı QƏRAR

Tarif Şurasından dərman vasitələrinin qiyməti ilə bağlı QƏRAR

Hazırda oxunan: Tarif Şurasından dərman vasitələrinin qiyməti ilə bağlı QƏRAR

273791

Azərbaycanda bir qrup dərman vasitələrinin qiyməti tənzimlənib.

Bizim.Media xəbər verir ki, bu barədə Tarif Şurasının bugünkü iclasında müvafiq qərarlar qəbul edilib.
 

İclasda yeni dövlət qeydiyyatına alınan 187 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib, 6 dərman vasitəsinin qiymətinin yuxarı həddi aşağı salınıb və etibarlı təchizatın təmin olunması məqsədilə 45 dərman vasitəsinin qiymətinin yuxarı həddində Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalara və Tarif Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq dəyişikliklər aparılıb.


Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) "Dərman vasitələri" bölməsində (//tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.
Qərar oktyabrın 7-dən qüvvəyə minir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO