Bankdan kredit kartı götürənlər üçün VACİB XƏBƏR – Bundan sonra…

Bankdan kredit kartı götürənlər üçün VACİB XƏBƏR – Bundan sonra…

Hazırda oxunan: Bankdan kredit kartı götürənlər üçün VACİB XƏBƏR – Bundan sonra…

273423

Mərkəzi Bank bir müddət əvvəl əhalinin kreditləşməsində risklərin azaldılması və maliyyə dayanıqlığının qorunması məqsədilə kredit limitlərinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edib.

Bizim.Media “baku.ws”ə istinadla xəbər verir ki, yeni qaydalar kommersiya banklarının və kredit təşkilatlarının vətəndaşlara təqdim etdiyi borc məbləğlərinə təsir göstərməklə yanaşı, həm də kredit götürənlərin ödəmə qabiliyyətinin daha dəqiq qiymətləndirilməsini nəzərdə tutur.
 

Bu addımın əsas məqsədi sürətlə artan istehlak kreditlərinin yaratdığı risklərin qarşısını almaq, həm bank sektorunun sabitliyini qorumaq, həm də vətəndaşların həddindən artıq borclanmasının qarşısını almaqdır.


Ekspertlər hesab edirlər ki, yeni məhdudiyyətlər qısamüddətli dövrdə kredit götürmək istəyənlər üçün müəyyən çətinliklər yaratsa da, uzunmüddətli perspektivdə həm əhali, həm də maliyyə sektorunun sağlamlığını qoruyacaq.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov Mərkəzi Bankın bu istiqamətdə atdığı addımı alqışladığını bildirib:

"İstehlak kreditləri vətəndaşlarımızın gəlirinə uyğun müəyyənləşirdi və bank gəliri nəzərə almaqla bu krediti ayırırdı. Məhduddiyyət əvvəlki dövrlərdə də tətbiq olunurdu.

Vətəndaş kredit kartı götürür, ona kredit xətti açılır və ay ərzində ona 10 min manatlıq xərcləmək imkanı yaradılır. Ona təklif olunur ki, bu məbləği növbəti ay qaytarsa, faiz ödənilməyəcək və ya cüzi bir rəqəm əlavə ödəyəcək. Amma bir ay keçdikdən sonra bu borcu qaytara bilmirsə və ya bir hissəsini qaytara bilmirsə, kifayət qədər böyük faizlər hesablanırdı. Hətta borclarda yubanmalar olan zaman gündəlik faiz ciddi rəqəmlə ifadə olunurdu.
 

Ona görə də, Mərkəzi Bankın bu istiqamətdə atdığı addımı biz alqışlayırıq, təqdirəlayiq hesab edirik. Çünki bu addım imkan verəcək ki, artıq bank vətəndaşın gəliri nəzərə alınmaqla həmin kredit xəttini atsın.


Bu kredit xəttinin açılması da imkan verəcək ki, vətəndaş öz gəlirinə uyğun xərcləyə bilsin. Yəni xərcləyib sonradan onu qaytara bilsin. Sözsüz vətəndaş bankdan pul götürürsə, bunu geri qaytarmalıdır. Çünki bankın da digər öhdəliyi var. Amma bank da maraqlı olmalıdır ki, vətəndaşa cərimə yazmasın. Vətəndaş elə bir limiti aşmalıdır ki, onu sonradan qaytara bilsin".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO