Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ – Qiymətlərlə bağlı KRİTİK PROQNOZ

Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ – Qiymətlərlə bağlı KRİTİK PROQNOZ

Hazırda oxunan: Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ – Qiymətlərlə bağlı KRİTİK PROQNOZ

273421

Dünya birjalarında qızılın qiyməti yenidən rekord vurub. Belə ki, qızılın bir unsiyasının qiyməti Asiya bazarlarında 3800 dolları keçərək yeni zirvəyə yüksəlib. Bu, ötən ay qeydə alınan 3725 dollarlıq əvvəlki rekordu da geridə qoyub.

Görəsən qızılla bağlı bu bahalaşma nə vaxta qədər davam edəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli düşünür ki, qızılın artım tempi 2025-ci ilin sonuna qədər özünü göstərməkdə davam edəcək:

“Qızıl hazırda bir neçə “stimul” sayəsində qiymətini sürətlə artırır. Qlobal iqtisadi qeyri-müəyyənlik, geopolitik risklər investorları “təhlükəsiz liman” aktivlərinə, o cümlədən qızıla doğru yönəldir. O cümlədən, ABŞ-da faiz dərəcələrinin azalacağı gözləntiləri qızılı daha cəlbedici edir.

Habelə, ABŞ dollarının zəifləməsi də qızılın digər valyutalarla ölçülən qiymətini artırır. Mərkəzi bankların qızıl almağa davam etməsi, ehtiyat diversifikasiyası siyasəti, bütün bunlar da tələbi dəstəkləyir. Bu amillər qızılın rekord səviyyələrə çatmasında rol oynayıb”.

Bahalaşmanın nə vaxta qədər davam edəcəyinə gəlincə...

Həmsöhbətimizin fikrincə, bu istiqamətdə bir neçə variant mövcuddur:
 

“2025-ci ilin sonuna qədər çox güman ki, artım tendensiyası davam edəcək. Çünki bir çox nüfuzlu bankların proqnozları 2025-ci ilin sonuna qədər qızıl qiymətlərinin hələ də yuxarı istiqamətdə hərəkət edə biləcəyini göstərir. Məsələn, J.P. Morgan 2025-ci ilin dördüncü rübü üçün orta səviyyə proqnozunu təxminən 3,675 USD/uns kimi verir.


Ondan sonra bazarda düzəlişlərin baş verəcəyi ehtimalı artır. Amma 2026-cı ilin ortalarından etibarən qızılın yenidən yüksəliş trendinə başlaması da mümkündür - xüsusilə əgər inflyasiya yüksəlməkdə və geopolitik risklər artmaqda davam edərsə, üstəlik faizlər aşağı qalarsa bu ehtimal güclənəcək. J.P. Morgan 2026-cı ilin ikinci yarısında 4,000 USD/uns. səviyyələrinə çıxma potensialını da proqnozlaşdırıb”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO