Rus milyarderlərin sərvəti ARTDI - Vahid Ələkbərovun isə...

Rus milyarderlərin sərvəti ARTDI - Vahid Ələkbərovun isə...

Hazırda oxunan: Rus milyarderlərin sərvəti ARTDI - Vahid Ələkbərovun isə...

273359

2025-ci ilin əvvəlindən “Bloomberg Billionaires Index”də yer alan 20 rusiyalı milyarderin ümumi sərvəti 19,7 milyard dollar artaraq 305,3 milyard dollara çatıb.

Bizim.Media xəbər verir ki, bununla belə, bütün siyahı üzvləri sərvətlərinin artmasını müşahidə etməyiblər.

Sərvətinin bir hissəsini itirənlər arasında “LUKOIL” şirkətinin ortaq sahibi Vahid Ələkbərov da var.

Reytinqə görə, Ələkbərovun sərvəti 147 milyon dollar azalaraq 25,2 milyard dollara düşüb və o, qlobal siyahıda 94-cü yerdə qərarlaşıb.

Buna baxmayaraq, rus iş adamlarının əksəriyyəti sərvətlərini artırıb.
 

Məsələn, “Telegram”ın qurucusu Pavel Durov sərvətini 4,82 milyard dollar artıraraq 15,8 milyard dollara çatdırıb və xalis sərvət artımına görə Rusiyada lider olub.


Ən zəngin beşlik isə dəyişməyib. Belə ki, Vladimir Potanin (29,3 milyard dollar), Aleksey Mordaşov (26,6 milyard dollar), Leonid Mixelson (24,9 milyard dollar) və Vladimir Lisin (22,7 milyard dollar) ilk beşlikdə qərarlaşıb. Lakin ilin əvvəlindən Vladimir Lisin də 3,17 milyard dollar itirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO