Bu il sentyabrın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,38 bənd təşkil edib.
Bizim.Media Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 0,01 bənd, ilin əvvəli ilə müqayisədə 0,07 bənd, ötən il sentyabrın 1-nə nisbətən isə 0,06 bənd azdır.
AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 20 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
14:34 / 30.09.2025
Manatın dövretmə sürəti AZALIB
Hazırda oxunan: Manatın dövretmə sürəti AZALIB
Hazırda oxunan: Manatın dövretmə sürəti AZALIB
273189
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.