2025-ci ilin yanvar–iyun aylarında ölkədə orta aylıq əməkhaqqı 9,4 faiz artıb. Qanunvericiliyə əsasən, hər ilin əvvəlində bütün növ əmək pensiyaları Prezidentin müvafiq sərəncamı ilə əvvəlki ildə orta aylıq əməkhaqqının artım tempinə uyğun şəkildə indeksləşdirilir.
Bəs, bu artım veteranların aldıqları müavinətlərə də şamil ediləcəkmi?
Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı konkret.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, veteranların aldıqları müavinətlər birbaşa əmək pensiyaları kimi indeksləşdirilmir:
“Veteranların aldığı müavinətlər ümumilikdə sosial müavinətlərə aiddir və onların indeksləşdirilməsi Nazirlər Kabineti və Prezidentin sərəncamı ilə həyata keçirilir. Qanunvericilikdə əmək pensiyalarındakı artım tempi ilə birbaşa bağlılıq yoxdur”.
Ekspertin sözlərinə görə, yanvarın 1-də sosial müavinətlərin və digər ödənişlərin də indeksləşdirilməsi ehtimalı var:
“Ən azı inflyasiyaya uyğun və orta aylıq əməkhaqqının artım tempinə əsaslanan indeksləşmə insanların sosial gözləntilərinin doğrulmasına xidmət edər. Belə bir addım atılarsa, təbii ki, əhalinin məmnunluğu da artacaq. Hazırda bu məsələdə gözləntilər həddindən artıq yüksəkdir”.
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
08:37 / 24.09.2025
Əmək pensiyası və veteran pulu alanlara MÜHÜM XƏBƏR
Hazırda oxunan: Əmək pensiyası və veteran pulu alanlara MÜHÜM XƏBƏR
Hazırda oxunan: Əmək pensiyası və veteran pulu alanlara MÜHÜM XƏBƏR
272099
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.