Azərbaycan ilə Çin arasında kənd təsərrüfatı üzrə birgə işçi qrupun yaradılması müzakirə olundu

Azərbaycan ilə Çin arasında kənd təsərrüfatı üzrə birgə işçi qrupun yaradılması müzakirə olundu

Hazırda oxunan: Azərbaycan ilə Çin arasında kənd təsərrüfatı üzrə birgə işçi qrupun yaradılması müzakirə olundu

271230

Azərbaycan və Çin arasında aqrar sahədə əməkdaşlıq imkanları müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən

Bizim.Media-ya bildirilib ki, nazir Məcnun Məmmədovun Çin Xalq Respublikasının səfiri Lu Mey ilə görüşündə Azərbaycanda aqrar sektora dövlət dəstəyi barədə ətraflı məlumat verilib.

Nazir bildirib ki, Azərbaycanla Çin arasında bütün sahələrdə əməkdaşlıq dinamik inkişaf edir.

Azərbaycan Çin ilə iqtisadi və ticarət əlaqələrinin gücləndirilməsinə yönəlmiş bütün təşəbbüsləri tam dəstəkləyir.
 

Görüşdə aqrar sahədə əməkdaşlığın və hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı üzrə birgə işçi qrupun yaradılması, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, kənd təsərrüfatı sahəsində ən müasir texnologiyaların transferi, aqrar tədqiqat və innovasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.


Səfir Lu Mey Çinin Azərbaycanla dost ölkə olduğunu və bütün sahələrdə tərəfdaşlığın inkişafına maraq göstərdiyini vurğulayıb. O, kənd təsərrüfatı, innovasiya və texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcudluğunu qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO