Avro kəskin BAHALAŞDI – Manatın məzənnəsi ilə bağlı KRİTİK PROQNOZ

Avro kəskin BAHALAŞDI – Manatın məzənnəsi ilə bağlı KRİTİK PROQNOZ

Hazırda oxunan: Avro kəskin BAHALAŞDI – Manatın məzənnəsi ilə bağlı KRİTİK PROQNOZ

270920

Azərbaycan Mərkəzi Bankının son olaraq elan etdiyi rəsmi valyuta məzənnələrinə əsasən, avro manat qarşısında möhkəmlənib. Belə ki, avronun məzənnəsi 0,4 faiz artaraq 2,0021 manat olub. Halbuki ilin əvvəlində avronun manata nisbətdə məzənnəsi 1,80 civarında idi.

Görəsən, manat daha hansı valyutalar qarşısında ucuzlaşacaq?
 

MÖVZU İLƏ BAĞLI:

Avro 2 manatı ÖTDÜ – Dollar isə...


Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov bildirdi ki, manatın digər valyutalara nisbətdə mövqeyi dolların başqa valyutalar qarşısında bahalaşıb, ucuzlaşmasından asılı olaraq dəyişir:

“Yəni dollar digər valyutalara nisbətdə hansı hərəkəti edəcəksə, manat da ona uyğun hərəkət edəcək. Azərbaycanda baş verən son devalvasiyadan sonra, 2016-cı ilə dolların milli valyutamıza qarşı məzənnəsi 1,70 manat səviyyəsində müəyyənləşdi. Həmin dövrdən başlayaraq, manat dollara nisbətdə məzənnəsini dəyişməyib, eyni səviyyədə saxlanılıb. Belə ola halda, dolların üzən məzənnə rejimində olması və onun digər valyutalarla müqayisədə dəyişikliklərə uğraması Azərbaycan manatına da öz təsirini göstərir.

Dolların avro qarşısında ucuzlaşması fonunda, baş verən  prosesin manata da eyni təsirləri olur.

Yəni avro manata nisbətdə bahalaşır. Dollar hazırda Böyük Britaniyanın funt sterlinqi və Yaponiyanın yeni qarşısında məzənnəsini itirdiyi kimi, manat da funt sterlinq və yenə münasibətdə həmin reaksiyanı verir.

Bununla o nəticəyə gəlirik ki, manat dollara bağlılığı nəzərə alınaraq, ona münasibətdə məzənnəsini dəyişmir. Amma dolların digər valyutalara qarşı tutduğu mövqeyə uyğun olaraq manat da başqa valyutalara nisbətdə anoloji reaksiyanı verəcək. İlin əvvəlində 1 avro 1,80 manat idi. İndi isə 2 manatı belə keçib”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO