Azərbaycanda iş yerləri daha çox hansı bölgədə açılıb? – SİYAHI

Azərbaycanda iş yerləri daha çox hansı bölgədə açılıb? – SİYAHI

Hazırda oxunan: Azərbaycanda iş yerləri daha çox hansı bölgədə açılıb? – SİYAHI

27086

Azərbaycanda 2021-ci ilin I rübü ərzində 2833 yeni müəssisə və təşkilat yaradılıb.

Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yeni müəssisə və təşkilatın 77,8 faizi Bakı şəhərində, 6,7 faizi Abşeron iqtisadi rayonunda, 4,5 faizi Aran iqtisadi rayonunda, 3,3 faizi Gəncə-Qazax iqtisadi rayonunda, 2,3 faizi Lənkəran iqtisadi rayonunda, 1,9 faizi Şəki-Zaqatala iqtisadi rayonunda, 1,2 faizi Yuxarı-Qarabağ iqtisadi rayonunda, 1,1 faizi Quba-Xaçmaz iqtisadi rayonunda, 0,6 faizi Naxçıvan Muxtar Respublikasında, 0,5 faizi Dağlıq-Şirvan iqtisadi rayonunda və 0,1 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonunda fəaliyyətə başlayıb. 

Ölkədə yeni açılmış iş yerlərinin 10,9 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 85,5 faizi mövcud müəssisə və təşkilatlarda, 0,4 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 3,2 faizi isə digər tədbirlər üzrə yaradılıb. 

Yeni iş yerlərinin 79,9 faizi Bakı şəhərinin, 0,5 faizi Naxçıvan Muxtar Respublikasının, 19,6 faizi digər regionların, o cümlədən 4,5 faizi Abşeron, 4,0 faizi Gəncə-Qazax, 3,3 faizi Aran, 2,5 faizi Şəki-Zaqatala, 2,5 faizi Quba-Xaçmaz, 1,0 faizi Lənkəran, 0,7 faizi Dağlıq Şirvan, 0,6 faizi Yuxarı Qarabağ, 0,5 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb.

Hüquqi şəxslər tərəfindən yaradılmış iş yerlərinin 21,4 faizi tikinti, 21,1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,0 faizi emal sənayesi, 10,5 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 5,2 faizi peşə, elmi və texniki fəaliyyət, 4,0 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 3,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,9 faizi maliyyə və sığorta fəaliyyəti, 2,7 faizi təhsil, 2,5 faizi digər sahələrdə xidmətlərin göstərilməsi, 2,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 2,1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 1,8 faizi informasiya və rabitə, 5,0 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb. 

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO