Bu ətlərin qiymətində UCUZLAŞMA

Bu ətlərin qiymətində UCUZLAŞMA

Hazırda oxunan: Bu ətlərin qiymətində UCUZLAŞMA

270814

Xarici ölkələrdən ölkəmizə gələn toyuqlara maraq kəskin artıb.

Bizim.Media xəbər verir ki, bu toyuqlar qiyməti aşağı olduğu üçün tələbat da kifayət qədərdir.

Satıcıların sözlərinə görə, bu toyuqların əksəriyyəti Ukrayna, Belarusiyadan gəlir. Bu toyuqlar iynəsiz şişirdilməmiş toyuqlardır.

"Çolpaların 3-ü 10 manata təklif olunur. Endirimsiz isə əvvəl biri 4 manata idi. Ukrayna toyuqları bir ədədi 5 manatdır".

Quş əti ilə yanaşı idxal olunan iri buynuzlu heyvanlara da tələbat var. Bu ətlərin ucuz olmasının səbəbi həmin ölkədə bu heyvanların yetişdirilmə xərcləri azdır. Bu ətlərin qiyməti 12-14 manata qədərdir, bu ətlərin dadında isə fərq olmur.
 

Gömrük Komitəsinin məlumatına əsasən, bu ilin yanvar- iyul aylarlında ölkəyə 55 milyon dollar dəyərində 25min tondan çox ət idxal edilib. Bu ətlər daha çox Ukrayna, Belarusiya və Braziliyadan idxal olunub.


Qeyd edək ki, yerli ətlərin qiyməti isə orta hesabla toyuq ətinin qiyməti 6-7 manat, mal ətinin isə 17-18 manat, qoyun əti isə 21025 manatr arası təklif olunur. (milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO