AZAL turizm gününə özəl endirim kampaniyası elan edir

AZAL turizm gününə özəl endirim kampaniyası elan edir

Hazırda oxunan: AZAL turizm gününə özəl endirim kampaniyası elan edir

270494

Azərbaycanın milli aviadaşıyıcısı AZAL turizm gününə həsr olunmuş yeni endirim kampaniyasına start verir. Kampaniya çərçivəsində sərnişinlər AZAL-ın bütün beynəlxalq istiqamətlərinə aviabiletləri 35%-dək endirimlə əldə edə bilərlər.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, təklifdən yararlanmaq üçün biletləri 15 – 30 sentyabr 2025-ci il tarixlərində əldə edilməlidir.

Endirim 1 – 31 oktyabr 2025-ci il tarixlərində həyata keçiriləcək uçuşlarda 35%-dək, 1 noyabr 2025 – 17 mart 2026-cı il tarixlərində isə 25%-dək tətbiq olunur.
 

Kampaniya AZAL-ın müntəzəm beynəlxalq reyslərində Ekonom, Premium Ekonom və Biznes sinif bilet tariflərinə şamil edilir, lakin vergi və yığımlara aid deyil. Kampaniya kodşerinq, çarter və ölkədaxili reyslərə şamil edilmir. Qeyd edək ki, endirimli biletlərin sayı məhduddur və yüksək tələbat dövrü istisna olunur.


Sərnişinlər bu kampaniya çərçivəsində Avropa, Asiya və Yaxın Şərq regionlarını əhatə edən çoxsaylı beynəlxalq istiqamətlərə daha sərfəli şərtlərlə səyahət etmək imkanı qazanırlar. AZAL bütün sərnişinlərini bu fürsətdən yararlanaraq payız və qış mövsümünü unudulmaz səyahətlərlə keçirməyə dəvət edir.

Aviabiletləri rəsmi saytdan, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək olar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO