Cümə axşamı OPEC +un neft hasilatı ilə bağlı danışıqlar gözlənilmədən razılaşma olmadan başa çatıb.
Bizim.Media xəbər verir ki, "qara qızıl" ixrac edən 23 ölkənin nümayəndə heyəti ilin ikinci yarısında hasilatın neçə barel artırılması barədə razılığa gələ bilməyib və nazirlərin iştirakı ilə iclas təxirə salınıb.
OPEC Katibliyi son qərarı verən nazirlərin monitorinq komitəsinin 2 İyul Cümə günü yenidən toplanacağını təsdiqləyib.
Razılaşmanın olmamasına Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) mövqeyi səbəb olub. Rusiya və Səudiyyə Ərəbistanı, Çərşənbə günü keçirilən ikitərəfli məsləhətləşmələrdən sonra hasilatın avqustdan dekabr ayına qədər cəmi 2 milyon barel artırılmasını təklif etdilər. Moskva və Riyad hər ay bazara gündə 400.000 barel əlavə neft təklif edərək OPEC +un dördüncü rüb üçün gündəlik 2,3 milyon barel hesabladığı neft kəsirini ödəməyi ümid edirdilər.
Ancaq BƏƏ və digər bir sıra ölkələr istehsalın artırılması üzrə kvota ilə razılaşmayıblar və yenidən baxılmasını xahiş ediblər.
BƏƏ hasilatın cəmi 3.2 milyon barel artırılmasını istəyir. İstehsalın kəskin şəkildə artırılması yığıncaqda rədd edilib, lakin BƏƏ heyəti bunun prinsipial bir məsələ olduğunu israr etməyə davam edib.
Qazaxıstan da, kvotası ilə də razılaşmayan qrupuna qoşulub.
Nəticəsin yığıncaqdan sonra neft qiymətləri cüzi geriləyib. Neft bazarları bu gün davam edəcək yığıncağa fokuslanıb. (Marja)
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
09:36 / 02.07.2021
OPEC + danışıqları skandalla bitdi - RAZILAŞMA OLMADI
Hazırda oxunan: OPEC + danışıqları skandalla bitdi - RAZILAŞMA OLMADI
Hazırda oxunan: OPEC + danışıqları skandalla bitdi - RAZILAŞMA OLMADI
27028
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.