Onlar pensiya ala bilməyəcək – RƏSMİ

Onlar pensiya ala bilməyəcək – RƏSMİ

Hazırda oxunan: Onlar pensiya ala bilməyəcək – RƏSMİ

270074

Azərbaycanda pensiya almaq üçün müəyyən şərtlər var. Bu tələbləri yerinə yetirməyən şəxslər pensiya hüququ qazana bilmir.

Bizim.Media “milli.az”a istinadla xəbər verir ki, DSMF-nin pensiya təminatı departamentinin müdiri Eyvaz İsmayılov əmək stajı, yaş həddi və sosial sığorta ödənişlərinin əsas meyarlardan olduğunu bildirib.

"Pensiya kapitalı üçün minumum hədd olmayan hallar da var. Məsələn hərbi xidmətdə əlil olan şəxslər kapital məbləğindən asılı olmayaraq pensiya hüququ əldə edə bilər. 1 ay işləsə də, ona qanunvericiliyə əsasən, pensiya təyinatı aparılır. Kapital yalnız pensiya məbləğinin hesablanmasında rol oynayır. 

Əmək pensiyasının təyin olunması üçün isə vətəndaşın gərək əmək fəaliyyəti olmalıdır. Əmək pensiyasının təyin olunması üçün 25 il iş stajı olmalıdır". 
 

Onun sözlərinə görə, qanunvericilikdə 25 il tələbi var. 2006-ci ilə qədər sistemdə elektron olmadığı üçün onlara 25 il hədiyyə edilir, lakin 2006-ci ildən sonra isə faktiki götürülür. Bu il 65 yaşında çıxanlara 25 il hədiyyə edilir, növbəti il 24 il nəzərdə tutulur. Çünki, əmək qabiliyyəti azaldılaraq gəlir". 


O qeyd edib ki, istər sahibkar olsun, istər işçi o, əgər sığorta haqqı ödəyibsə, pensiyaya çıxa bilər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO