Pensiya yaşına az qalan şəxslərin işdən çıxarılması qadağan edilə BİLƏR

Pensiya yaşına az qalan şəxslərin işdən çıxarılması qadağan edilə BİLƏR

Hazırda oxunan: Pensiya yaşına az qalan şəxslərin işdən çıxarılması qadağan edilə BİLƏR

269720

“Pensiya yaşına 2 il qalmış vətəndaşın işəgötürən tərəfindən işdən çıxarılması yolverilməzdir”.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov deyib.

Deputat bildirib ki, pensiya yaşına az qalmış məşğul şəxslərin də əmək hüquqlarının qorunması mühümdür:

“Belə ki, bəzi vətəndaşlarımız pensiya yaşına az qalmış işdən azad olunurlar və daha sonra işlə təminatda çətinliklə üzləşirlər.

Qazaxıstan Əmək Məcəlləsinə əsasən, ştatların ixtisarı və attestasiyadan keçməmə istisna olmaqla, işəgötürənin təşəbbüsü ilə pensiya yaşına çatmasına 2 ildən az qalmış şəxslərlə əmək müqaviləsinə xitam verilməsinə yol verilmir.
 

Belə praktika bir sıra digər dövlətlərdə də tətbiq olunur. O baxımdan daha məqsədəuyğun olardı ki, Azərbaycanda da pensiya yaşına 2 il qalmış vətəndaşlarımızın işəgötürən tərəfindən işdən çıxarılmasına yol verilməsin. Bu onların sosial hüquqlarının qorunması baxımdan vacibdir”.


Komitə sədri Musa Quliyev də təklifi dəstəkləyib və qanuna bunun gətirilməsinin istənilən halda müsbət hal olduğunu qeyd edib:

“Sizdən xahiş edirəm bununla bağlı layihəni hazırlayın. Pensiya yaşına az qalmış işdən çıxarılan şəxslər pensiya yaşına qədər də təminatsız qala bilər. Başqa ölkələrdə də bu təcrübə var, siz Qazaxıstanı misal gətirdiniz. Məncə yaxşı təklifdir, biz bunu dəstəkləyirik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO