Bir şagirdi məktəbə yola salmaq neçəyə başa gəlir? – VİDEO

Bir şagirdi məktəbə yola salmaq neçəyə başa gəlir? – VİDEO

Hazırda oxunan: Bir şagirdi məktəbə yola salmaq neçəyə başa gəlir? – VİDEO

269663

Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Artıq övladı şagird olan valideynlər dərs ləvazimatlarının bazarlığına başlayıblar.

Ancaq bu il qiymətlər əvvəlki illərlə müqayisədə xeyli artıb.

Bəs bir məktəbli üçün ortalama nə qədər xərc çəkilir?

Gəlin, birlikdə araşdıraq...

Çəkiliş apardığımız bir neçə mağazada müşahidələrimiz göstərdi ki, həqiqətən də dərs ləvazimatlarının qiyməti “cib” yandırır.

Ən çox alınan dərs ləvazimatların qiymətlərində də artım var:

Dəftər 30 qəpik – 7 manat;

Qələm 10 qəpik – 3 manat;

Karandaş: 10 qəpik – 1.50 ;

Karandaşyonan 80 qəpik-3 manat;

Pozan 20 qəpik- 1 manat;

Qələm qabı 2.20-9 manat;

Gündəlik 2.50-4 manat;

İş dəftərləri 4.50 – 11 manat;

Rəsm albomu 2.50-16 manat;

Rəsmxət qovluğu 14-28 manat;

Rəngli karandaşları 4-15 manat;

Flomaster 1- 12 manat;

Xətkeş 50 qəpik -3 manat;

Su qabları 7-14 manat.
 

Qiymətlərə əsasən, orta büdcəli ailə üçün 1 məktəbli çantasına qoyulan ləvazimatlar təxminən 150-200 manat arası dəyişir. Məktəbli formalarının (oğlanlar üçün qısaqol köynəklər 8, uzunqol köynəklər 10, şalvar 15, ətək 15, jaket 20 manat)  qiymətlərini üstünə gəlsək, bir şagirdin məktəb bazarlığı 250-300 manata çata bilir.


Ətraflı videosüjetdə:  


Naibə Məmmədova, Pərviz Allahverdiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO