Bu il vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği AÇIQLANDI

Bu il vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği AÇIQLANDI

Hazırda oxunan: Bu il vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği AÇIQLANDI

269279

Bu ilin yanvar-avqust ayları ərzində “ƏDV geri al” layihəsi çərçivəsində 124,6 milyon manatdan çox vəsait istehlakçılara qaytarılıb.

Bu barədə Bizim.Media İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
 

"Bu ilin yanvar-avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət və ya iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən istehlakçılara qaytarılan həcmi 124 milyon 658,4 min manat olub", - məlumatda bildirilib.


Qeyd edilib ki, 2025-ci ilin 8 ayında xarici vətəndaşlar tərəfindən respublika ərazisində fərdi istehlak üçün alınmış mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV-nin (“tax free”) məbləği 6 milyon 944,9 min manat təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO