Bakı-İstanbul avtobus marşrutu fəaliyyətə başlayır?

Bakı-İstanbul avtobus marşrutu fəaliyyətə başlayır?

Hazırda oxunan: Bakı-İstanbul avtobus marşrutu fəaliyyətə başlayır?

26913

“Azərbaycan və Türkiyə arasında beynəlxalq avtomobil daşımaları haqqında Saziş”in şərtlərinə əsasən, İstanbulda Azərbaycan – Türkiyə Qarışıq Komissiyasının növbəti iclası keçirilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məlumat yayıb. 

Məlumata görə, iclasda iki ölkə arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət müzakirə edilib, "İcazə" blanklarının istifadəsi ilə bağlı statistik məlumatların mübadiləsi, yük və sərnişin daşımaları zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər, onların həlli yolları haqqında fikir mübadiləsi aparılıb. 

Naxçıvan MR-in avtodaşıyıcılarının Türkiyə ərazisi ilə Gürcüstana və digər ölkələrə səfəri zamanı əlverişli şəraitin yaradılması, türk daşıyıcılarının muxtar respublika ərazisindən tranzit hərəkət imkanları və Azərbaycan üzərindən Xəzər dənizi vasitəsilə tranzit keçməklə Orta Asiyaya daşımaları həyata keçirərkən xərclərinin optimallaşdırılması müzakirə edilib. 

İclasda "Bakı – İstanbul – Bakı" marşrutu üzrə sərnişin daşınmasının “COVID-19” pandemiyası ilə əlaqədar dayandırılması və karantin şərtlərinin yumşaldılması ilə əlaqədar bərpa edilməsinin mümkünlüyü barəsində də fikir mübadiləsi aparılıb. 

Yekunda perspektivlər və digər aktual məsələlərə dair müvafiq Protokol imzalanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO