Azərbaycan və Macarıstan arasında 3 sənəd İMZALANDI

Azərbaycan və Macarıstan arasında 3 sənəd İMZALANDI

Hazırda oxunan: Azərbaycan və Macarıstan arasında 3 sənəd İMZALANDI

268915

Budapeşt şəhərində keçirilən Azərbaycan və Macarıstan Hökumətləri arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın XI iclası çərçivəsində üç sənəd imzalanıb.

Bizim.Media bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
 

İmzalanan sənədlər arasında - Birgə Komissiyanın XI iclasının nəticələrinə dair protokol, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi arasında 2025-2027-ci illər üçün Fəaliyyət Planı, Azərbaycan Tibb Universiteti, Macarıstanın PECS Universiteti, "SCANDENS PHARMACEUTICALS INDUSTRIES LTD." və "PANNONPHARMA" arasında Anlaşma Memorandumu var.


Protokolu komissiyanın həmsədrləri – Azərbaycanın maliyyə naziri Sahil Babayev və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto imzalayıblar.

Digər sənədlərə isə hər iki tərəfin aidiyyəti qurumlarının səlahiyyətli nümayəndələri imza atıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO