Tarif Şurasının iyunun 30-da keçirilən növbəti iclasında Dövlət Neft Şirkətinin (SOCAR) təbii qaz üzrə tarif tənzimlənməsinə dair müraciətinə baxılıb və müvafiq qərarlar qəbul edilib.
Bizim.Media xəbər verir ki, qərarda aşağıdakı məsələlər nəzərdə tutulub:
Sənaye və kənd təsərrüfatı sahələrinə verilən təbii qazın tarifi dəyişdirilməyib və hazırkı 20 qəpik səviyyəsində saxlanılıb;
Elektrik enerjisi üzrə artıma yol verməmək üçün elektrik stansiyalarına verilən təbii qazın tarifi cəmi 1 qəpik artırılıb və 12 qəpikdən 13 qəpiyə dəyişdirilib;
“Azəristiliktəchizat” ASC və yaşayış binalarının məhəllə qazanxanaları üzrə təbii qaz tarifi 20 qəpikdən 13 qəpiyə endirilib;
Digər sahələr üzrə tarif 20 qəpikdən 25 qəpiyə dəyişdirilib;
Ölkədə aparılan sosialyönümlü siyasət nəzərə alınmaqla və əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi məqsədilə əhali üzrə təbii qazın illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün tarif dəyişdirilməyib və hazırkı 1 kub metr üçün 10 qəpik səviyyəsində saxlanılıb;
İllik istehlak həcminin 1200 - 2500 m3 (2500 m3 daxil) olan hissəsi üçün 20 qəpik, 2500 m3-dən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilib;
Ekoloji təmiz yanacaq növlərinə keçidi stimullaşdırmaq məqsədilə sıxılmış təbii qazın (CNG) satışını həyata keçirən qazdoldurma məntəqələrinə verilən təbii qazın tarifi 20 qəpikdən 13 qəpiyə endirilib;
Qərar 1 iyul 2021-ci il tarixindən qüvvəyə minir.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
16:36 / 30.06.2021
Tarif Şurasından qaz qiymətləri ilə bağlı YENİ QƏRAR
Hazırda oxunan: Tarif Şurasından qaz qiymətləri ilə bağlı YENİ QƏRAR
Hazırda oxunan: Tarif Şurasından qaz qiymətləri ilə bağlı YENİ QƏRAR
26824
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.