Azərbaycan şirkəti monopoliyaya görə cərimələndi

Azərbaycan şirkəti monopoliyaya görə cərimələndi

Hazırda oxunan: Azərbaycan şirkəti monopoliyaya görə cərimələndi

26762

Haqsız rəqabətə yol verən şirkətə qarşı maliyyə sanksiyası tətbiq edilib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, çatdırılma xidmətləri bazarında rəqiblərin üzərində əsassız üstünlük qazanmaq məqsədilə haqsız rəqabətə və antiinhisar qanunvericiliyinin pozulmasına yol verdiyi üçün “Volt Azərbaycan” MMC barədə tədbir görülüb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda "Wolt”la bağlı araşdırmalara başlanılıb


Araşdırma zamanı məlum olub ki, “Volt Azərbaycan” MMC iaşə müəssisələri ilə bağladığı müqavilələrdə əsas tələb kimi yalnız özünün müstəsna kuryer (çatdırılma) xidməti göstərən şirkət olması şərtini qoyub.


Bununla əlaqədar “Volt Azərbaycan” MMC tərəfindən “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulub. 

Qanun pozuntusu hallarının aradan qaldırılması barədə “Volt Azərbaycan” MMC-nin qarşısına tələb qoyulub və haqsız rəqabətə yol verdiyi üçün müəssisəyə maliyyə sanksiyası tətbiq edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO