Dollar BAHALAŞIR – Manatın məzənnəsi ilə bağlı KRİTİK PROQNOZ

Dollar BAHALAŞIR – Manatın məzənnəsi ilə bağlı KRİTİK PROQNOZ

Hazırda oxunan: Dollar BAHALAŞIR – Manatın məzənnəsi ilə bağlı KRİTİK PROQNOZ

267332

Son zamanlar Azərbaycana qonşu ölkələrdə dolların bahalaşması tendensiyası gedir.

Məlumatlara görə, İranda dollar rekord həddə bahalaşaraq 95 min tüməni ötüb.

Hazırda Tehran birjasında 1 ABŞ dolları 95310 tümənə mübadilə olunur. Daha əvvəl isə anoloji proses Rusiyada da baş verib.
 

Belə ki, iyulun sonlarına olan məlumata görə, Rusiya Mərkəzi Bankının qərarı ilə dolların məzənnəsi 2,64 rubl artaraq 82 rublu keçib.



Bu hadisələr onu göstərir ki, Azərbaycana qonşu ölkələrdə dollar möhkəmlənir.

Görəsən, Azərbaycanda da oxşar dəyişikliklər gözlənilə bilər?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Rəşad Həsənov bildirir ki, Azərbaycanda qonşu ölkələrdə baş verən oxşar dəyişikliklər gözlənilmir:

“Hazırkı şərtlər daxilində qonşu ölkələrdə milli valyutaların dəyərinin zəifləməsinin dollara münasibətdə Azərbaycan manatının məzənnəsinin dəyişilməsinə birbaşa təsiri yoxdur.
 

Burada həm Azərbaycan hökumətinin həyata keçirdiyi fiksə edilmiş məzənnə siyasəti, həm də son dövrlər qlobal bazarlarda dolların məzənnəsində müşahidə edilən nisbi zəifləmə fonunda manatın da digər valyutalara nisbətdə məzənnəsinin aşağı düşməsi öz sözünü deyir”. 


Ekspertin fikrincə, neftin cari qiyməti də ən azından 2025-ci ilin sonuna qədər manatın məzənnəsinin sabit saxlanılmasına şərait yaradır:

“Ona görə də 90 faiz proqnozlaşdırmaq mümkündür ki, baş verənlər 2025-ci ilin növbəti dövründə dollara münasibətdə manatın məzənnəsinin dəyişdirilməsilə bağlı qərarın qəbuluna gətirib çıxarmayacaq”.

Rüfət Sultan, Bizim.Media   

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO