Türkiyənin Kösəköy stansiyasından Çinin Sian şəhərinə növbəti ixrac konteyner blok qatarı yola çıxıb. Blok qatar hər biri 40 futluq olmaqla 41 konteynerdən ibarətdir.
"Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə şirkəti olan "ADY Konteyner" MMC-dən Bizim.Media verilən məlumata görə, Bakı-Tbilisi-Qars dəmir yolu ilə hərəkət edən konteyner qatarı Çinə sərinləşdirici içkilər daşıyır. Konteynerlər ölkəmizin ərazisinə çatdıqdan sonra Bakı limanından Qazaxıstanın Aktau limanına göndəriləcək.
Məlumata görə, konteynerlər Xəzər dənizini operatoru "ADY Konteyner" olan fider gəmisi vasitəsilə aşacaq.
Daşımanın operatorları Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri – "Pasifik Eurasia Logistics", "GR Logistics", "ADY Konteyner" və "KTZ Express" şirkətləridir.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
14:40 / 29.06.2021
Türkiyədən Çinə növbəti ixrac qatarı yola salındı
Hazırda oxunan: Türkiyədən Çinə növbəti ixrac qatarı yola salındı
Hazırda oxunan: Türkiyədən Çinə növbəti ixrac qatarı yola salındı
26675
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.