Qars-İğdır-Dilucu dəmir yolunun tikintisinə avqustun 22-nə başlanacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Daha bir tarixi addım - Qars-Diliucu dəmir yolunun təməli atılır
O bildirib ki, yeni nəqliyyat layihəsinin icrasına başlanılması mərasimi.
“Yeni yol Cənubi Qafqazda iqtisadi əməkdaşlığa mühüm töhfə verəcək, Zəngəzur dəhlizinin açılması ilə isə Pekindən Londona qədər geniş məkanda yük axınlarının səmərəliliyi artacaq”, - deyə türkiyəli nazir vurğulayıb.
Nazir qeyd edib ki, Türkiyə hökuməti Naxçıvanla sərhədə qədər 224 kilometrlik dəmir yolu layihəsinə 2,4 milyard avro məbləğində xarici maliyyə cəlb edib.
Bizim.Media