Müqavilə imzalamadan mənzil kirayə verənlərə XƏBƏRDARLIQ

Müqavilə imzalamadan mənzil kirayə verənlərə XƏBƏRDARLIQ

Hazırda oxunan: Müqavilə imzalamadan mənzil kirayə verənlərə XƏBƏRDARLIQ

265791

Ölkəmizdə, xüsusilə də paytaxt Bakıda kirayə mənzillərəd yaşayanların sayı kifayət qədərdir. Laki onlardan əksəriyyəti müqavilə imzalamadan, yalnız şəxsi razılaşma əsasında evləri kirayayə götürürülər.

Bəs qanun kirayə müqaviləsi tələb edirmi, müqavilə bağlamayanlar cəzalandırıla bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan vəkil Vüsal Cəfərov bildirib ki, kirayəyə verilmiş əmlaka aid dövlət və yerli vergilər, başqa razılaşma yoxdursa, kirayəyə verən tərəfindən ödənilməlidir:

“Əmlak kirayəsi müqaviləsinə əsasən, kirayəyə verən əmlakı istifadəyə təqdim etməyi, kirayəçi isə bunun müqabilində kirayə haqqı ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 406-cı maddəsinə görə, müqavilə istənilən formada, yazılı, şifahi, hətta sadəcə hərəkətlərlə də bağlana bilər. Yalnız müəyyən kateqoriyalara aid əqdlər, daşınmaz əmlakın satışı, ipoteka, avtomobil alqı-satqısı və sair,  məcburi yazılı və ya notarial formada təsdiqlənməlidir.

“Konstitusiya Məhkəməsinin həm 2023-cü, həm də 2025-ci illərdə qəbul etdiyi qərarlarda vurğulanır ki, müqavilələr tərəflərin iradə azadlığı əsasında bağlanır və bu, mülki dövriyyənin əsas prinsiplərindən biridir. Bu səbəbdən kirayə müqaviləsinin şifahi formada bağlanması onun etibarsızlığına səbəb olmur”, - deyə vəkil qeyd edib.

Bununla belə, ekspert bildirir ki, çox zaman şifahi razılaşmaların seçilməsinin əsas səbəbi vergidən yayınmaqdır:

“Vergi qanunvericiliyinə əsasən, kirayə verən şəxs aldığı gəlirə görə dövlət büdcəsinə vergi ödəməlidir. Yazılı müqavilə bağlanmadıqda, bu öhdəlik çox vaxt icra olunmur. Halbuki kirayə müqaviləsinin yazılı şəkildə bağlanması tərəflərin hüquq və vəzifələrini, kirayə haqqı, müddət, kommunal ödənişlər, mənzilə vurulan zərərin ödənilməsi və digər şərtlərin aydın müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”, - deyə vəkil bildirib.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO