Dollar bu halda bahalaşacaq

Dollar bu halda bahalaşacaq

Hazırda oxunan: Dollar bu halda bahalaşacaq

264709

Azərbaycan Mərkəzi Bankı avqustun 6-na olan valyuta məzənnələrini açıqlayıb.

Dolların məzənnəsi dəyişməz qalsa da, avro bahalaşıb, rubl isə ucuzlaşıb. Ekspertlər yaxın vaxtlarda dolların sabit qalacağını desə də, anidən bahalaşma ehtimalı da istisna edilmir.

Bizim.Media xəbər verir ki, "Globalinfo.az"a danışan iqtisadçı Kənan Quluzadə deyib ki, prosesin baş verməsi üçün müəyyən iqtisadi və geosiyasi şərtlər lazımdır.

Onun sözlərinə görə, şərtlərin bir çoxu Azərbaycanın daxili imkanlarından deyil, xarici amillərdən asılıdır:
 

“İlk növbədə nəzərə almaq lazımdır ki, Azərbaycanın xarici ticarətinin əsas hissəsini neft və neft məhsulları təşkil edir. Bu səbəbdən dünya bazarlarında neftin qiymətinin ucuzlaşması ölkə gəlirlərinin azalmasına birbaşa təsir edir.


Məsələn, “Brent” markalı neftin bir barelinin qiyməti 10-15 faiz azaldığı halda, bu, artıq Mərkəzi Bankın valyuta ehtiyatlarına və gəlirlərinə mənfi təsir göstərir.

Nəticədə manatın məzənnəsini sabit saxlamaq üçün imkanlar zəifləyə bilər.

Digər mühüm faktor isə regiondakı geosiyasi vəziyyətdir. Əgər bölgədə gözlənilməz gərginlik və ya siyasi böhran yaşanarsa, bu, təkcə Azərbaycanın deyil, bütövlükdə region ölkələrinin valyutalarına təzyiq yarada bilər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO