Bu gün manatın dövriyyəyə buraxılmasından 32 il ötür.
Sfera.az xəbər verir ki, 1992-ci ilin martın 15-də manat dövriyyəyə buraxılıb.
Prezident Heydər Əliyevin 11 dekabr 1993-cü il tarixli “Azərbaycan Respublikası milli valyutasının respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında” Fərmanı ilə manatın dövriyyədə yeganə ödəniş vasitəsi olması təsbit edildi və Azərbaycanın rubl zonasından çıxması təmin edildi.
1992-ci ildən buraxılan pul nişanları Azərbaycan Prezidentinin 7 fevral 2005-ci il tarixli “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” Fərmanına uyğun olaraq 2006-cı ildən başlayaraq dövriyyədən çıxarılıb.
Hazırda manat dünyada mövcud olan sabit valyutalardan biridir. Manatın digər xarici valyutalara nisbətən məzənnəsi ABŞ dollarının həmin valyutalarla olan məzənnəsi əsasında dolayı formada müəyyənləşir. Hazırda bir ABŞ dolları 1,7 manatdır.
Vasif