Gözəgörünməzlə mübarizədə nə qədər PULUMUZ var? - MƏBLƏĞ

Gözəgörünməzlə mübarizədə nə qədər PULUMUZ var? - MƏBLƏĞ

Hazırda oxunan: Gözəgörünməzlə mübarizədə nə qədər PULUMUZ var? - MƏBLƏĞ

26256

Bu günədək Koronavirusla Mübarizəyə Dəstək Fonduna 113 milyon 816 min 519  manat ianə toplanıb. Son ianə ötən ayın 5-də olub. 

Hüquqi şəxslər tərəfindən Fonda olan ayırmaların məbləği 86 milyon 393 min 191 manat, fiziki şəxslər tərəfindən isə 7 milyon 423 min 328 manat ianə olub. 

Bizim.Media-nın məlumatına görə Koronavirusla Mübarizəyə Dəstək Fonduna yığılan vəsait hələ xərclənməyib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda daha 65 nəfər koronavirusa yoluxdu - GÜNLÜK STATİSTİKA


Xatırladaq ki, sözügedən Fond ötən il martın 19-da ölkə başçısı İlham Əliyevin sərəncamı ilə ölkədə əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi məqsədilə yaradılıb. İlkin olaraq Prezidentin Ehtiyat Fondundan 20 milyon manat vəsait ayrılıb.

Fondun fəaliyyətinin şəffaf olması məqsədilə ötən il aprelin 11-də İctimai Nəzarət Şurası yaradılıb.

Ümumilikdə 8 xərc istiqaməti müəyyən edilsə də, Fonda yığılan puldan hələki xərclənmə həyata keçirilməyib. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO