Çinlə iqtisadi əməkdaşlığın inkişafı MÜZAKİRƏ OLUNDU

Çinlə iqtisadi əməkdaşlığın inkişafı MÜZAKİRƏ OLUNDU

Hazırda oxunan: Çinlə iqtisadi əməkdaşlığın inkişafı MÜZAKİRƏ OLUNDU

259937

İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin ölkəmizdəki səfiri Lu Mey ilə görüş keçirib.

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, görüşdə qarşılıqlı səfərlərin, işgüzar tədbirlərin, imzalanan mühüm sənədlərin Azərbaycan-Çin iqtisadi əlaqələrinin inkişafına töhfə verdiyi vurğulanıb.
 

Dövlət başçısının Çinə səfəri çərçivəsində imzalanan hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatın ikitərəfli iqtisadi-ticarət əməkdaşlığının inkişafındakı önəmli rolundan bəhs olunub.


Nəqliyyat-tranzit, sənaye, istehsalın lokallaşdırılması, tikinti, ticarət, xidmət sahələrində tərəfdaşlığın gücləndirilməsi üçün geniş imkanların mövcudluğu diqqətə çatdırılıb.

Görüşdə Azərbaycanın əlverişli işgüzar mühiti haqqında məlumat verilib, sərmayələrin təşviqi, ticarət dövriyyəsinin artırılması kimi məsələlər nəzərdən keçirilib. Tərəflər ticarət, sənaye, investisiya, enerji, nəqliyyat və rəqəmsal iqtisadiyyat sahəsində birgə fəaliyyətin perspektivlərini vurğulayıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO