SON DƏQİQƏ! Tarif Şurasından dərman qiymətləri ilə bağlı QƏRAR

SON DƏQİQƏ! Tarif Şurasından dərman qiymətləri ilə bağlı QƏRAR

Hazırda oxunan: SON DƏQİQƏ! Tarif Şurasından dərman qiymətləri ilə bağlı QƏRAR

257376

Azərbaycanda daha bir qrup dərman vasitəsinin qiyməti tənzimlənib.

Bizim.Media xəbər verir ki, bununla bağlı qərar Tarif Şurasının bugünkü növbəti iclasında qəbul edilib.
 

İclasda yeni dövlət qeydiyyatına alınan 207 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib, 3 dərman vasitəsinin qiymətinin yuxarı həddi aşağı salınıb və etibarlı təchizatın təmin olunması məqsədilə 79 dərman vasitəsinin qiymətinin yuxarı həddində Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalara və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq dəyişikliklər aparılıb.


Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (//tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

Qərar iyulun 7-dən qüvvəyə minir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO