Bakının müxtəlif bazarlarında və küçə ticarətində eyni məhsulun – xüsusilə də meyvə-tərəvəzin qiymətində ciddi fərqlər müşahidə olunur. Vətəndaşlar sosial şəbəkələrdə haqlı suallar səsləndirir:
Nə üçün bir satıcıda 5 manata təklif olunan meyvə, başqa bir satıcıda 15 manata satılır? Bu, rəqabətdirmi, yoxsa alıcının çaşdırılması?
Mövzu ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli Bizim.Media-ya açıqlamasında bildirib ki, bu cür fərqli qiymətlər rəqabət mühitinin bir parçasıdır və burada hər hansı inzibati müdaxiləyə ehtiyac yoxdur:
“Bazar iqtisadiyyatı şəraitində heç bir satıcıya qiymət qoymaq olmaz. Meyvədir - kimsə istəyir, baha satır. Bu onun haqqıdır. Amma alıcı da sərbəstdir, o qiymətə almaya bilər. Əgər biz qiyməti baha hesab ediriksə, almamaqla satıcını cəzalandıra bilərik. Bu, ən güclü ictimai təzyiq formasıdır”.
Ekspertin sözlərinə görə, qiymətlərin tənzimlənməsi yalnız strateji məhsullarda – un, çörək, dərman, benzin və s. kimi sahələrdə tətbiq olunur:
“Meyvə və tərəvəz kimi qeyri-strateji məhsullarda isə bazar özü qiymətləri müəyyənləşdirir. Satıcı düşünür ki, həmin rayonda və ya küçədə alıcının ödəmə qabiliyyəti yüksəkdir, ona görə qiyməti qaldırır. Amma bu onun riskidir – əgər alıcı tapmasa, özü qiyməti aşağı salacaq. Bu zaman yeni qiymət balansı formalaşacaq”, – deyə iqtisadçı əlavə edib.
Aygün Hüseyn, Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
14:30 / 28.06.2025
Eyni MƏHSUL, kəskin qiymət FƏRQİ – “Bahadırsa, almayın”
Hazırda oxunan: Eyni MƏHSUL, kəskin qiymət FƏRQİ – “Bahadırsa, almayın”
Hazırda oxunan: Eyni MƏHSUL, kəskin qiymət FƏRQİ – “Bahadırsa, almayın”
256903
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.