Bu işdə çalışan şəxslərin pensiya yaşı ARTIRILIR

Bu işdə çalışan şəxslərin pensiya yaşı ARTIRILIR

Hazırda oxunan: Bu işdə çalışan şəxslərin pensiya yaşı ARTIRILIR

255425

Prokurorluq orqanlarında çalışan şəxslərin pensiyaya çıxma yaşı 65-ə artırılır.

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsi prokurorluq orqanlarında qulluq keçmənin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
 

Dəyişikliyin əsas məqsədi uzunmüddətli təcrübəyə malik prokurorluq işçilərinin prokurorluq orqanlarında fəaliyyətini davam etdirməsinə şərait yaradaraq prokurorluq orqanlarının səmərəliyinin artırılmasıdır.


Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, həmin şəxslərin pensiya yaşı 60-a qədər idi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO