Səudiyyə Ərəbistanı 27 milyard dollarını itirəcək

Səudiyyə Ərəbistanı 27 milyard dollarını itirəcək

Hazırda oxunan: Səudiyyə Ərəbistanı 27 milyard dollarını itirəcək

2549

Neft qiymətlərinin kəskin enməsi ilə bağlı Səudiyyə Ərəbistanının builki dövlət büdcəsində 100 mlrd. riyaldan çox (27 mlrd. ABŞ dollarından çox) vəsait çatışmazlığı yaranacaq.

Bizim.Media-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə krallığın vəliəhdi Məhəmməd bin Salman bildirib.

O açıqlayıb ki, ötən il təqdim olunan 2020-ci ilin büdcə proqnozuna əsasən, gəlirlərin 833 mlrd. riyal (222 mlrd. dollardan çox) olacağı gözlənilirdi ki, bunun da 513 mlrd. riyalı (təqribən 136,7 mlrd. dollar) neft gəlirlərinin payına düşürdü:

"Bu il neft qiymətlərinin çökməsindən sonra neft gəlirləri təxminən 410 mlrd. riyaladək (109 mlrd. dollardan çox) enib".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO