Çin dünyanın ən mühüm müqaviləsinə qol çəkəcək

Çin dünyanın ən mühüm müqaviləsinə qol çəkəcək

Hazırda oxunan: Çin dünyanın ən mühüm müqaviləsinə qol çəkəcək

2548

Çin 14 Asiya ölkəsi ilə dünyanın ən böyük azad ticarət müqaviləsini imzalayacaq.

Bizim.Media "Bloomberg"ə istinadən xəbər verir ki, sənəd 12-15 noyabr tarixlərində keçiriləcək Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) sammiti çərçivəsində imzalanacaq.

Sazişdə Yaponiya, Avstraliya və Yeni Zelandiya kimi ölkələr iştirak edəcək. Müqavilədə iştirak edən ölkələrin ümumi əhalisi 2,2 mlrd. nəfərdir.

İqtisadi müqavilə ticarət rüsumlarının azaldılmasını, habelə malların mənşə ölkəsini təyin etmək üçün vahid qaydalardan istifadə edərək tədarük zəncirlərini gücləndirməyi və elektron ticarət üçün yeni qaydaları sistemləşdirməyi hədəfləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO