Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa dəstək layihəsi” çərçivəsində ötən dövrdə 25 minə yaxın şəxs avadanlıqlarla təmin edilib. Verilmiş avadanlıqlar hesabına onlar istehsal və xidmət sahələri üzrə kiçik təsərrüfatlarını qurublar.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, 2020-2025-ci illəri əhatə edən həmin layihə özünüməşğulluq proqramının genişlənməsinə, həssas əhali qruplarının (əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, ünvanlı dövlət sosial yardımı alanlar və b.) kiçik biznesə çıxışına dəstək məqsədi daşıyır.
Bu ilin axırınadək 26 mindən artıq benefisiarın layihəyə cəlb olunması hədəflənib.
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
04:52 / 11.06.2025
Məşğulluğa dəstək məqsədilə 25 minə yaxın şəxs üçün təsərrüfatlar quruldu
Hazırda oxunan: Məşğulluğa dəstək məqsədilə 25 minə yaxın şəxs üçün təsərrüfatlar quruldu
Hazırda oxunan: Məşğulluğa dəstək məqsədilə 25 minə yaxın şəxs üçün təsərrüfatlar quruldu
254059
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.