Azərbaycan və Çin nümayəndə heyətinin görüşü olub - FOTO

Azərbaycan və Çin nümayəndə heyətinin görüşü olub - FOTO

Hazırda oxunan: Azərbaycan və Çin nümayəndə heyətinin görüşü olub - FOTO

252928

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) nümayəndə heyəti Çinin Ciansu əyalətinin və Liyanyunqanq şəhərinin rəsmiləri ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında görüş keçirib.

QSC-dən Bizim.Media-ya bildirilib ki, görüşdə ADY-nin beynəlxalq dəhlizlərin, o cümlədən Orta Dəhliz kimi tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üçün gördüyü işlər, Bakı limanının beynəlxalq yükdaşımalardakı rolu diqqətə çatdırılıb.

Eyni zamanda, “Bir kəmər, bir yol” meqa layihəsinin mühüm komponentlərindən olan Liyanyunqanq şəhərində hazırda “Yeni Avrasiya Quru-Dəniz Nəqliyyat Dəhlizi”nin və Orta Dəhlizin logistika şəbəkələrinin effektiv şəkildə əlaqələndirilməsi üzrə işlərin aparıldığı bildirilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO