DSMF-nin əhaliyə ödənişləri 5 faizdən çox artıb

DSMF-nin əhaliyə ödənişləri 5 faizdən çox artıb

Hazırda oxunan: DSMF-nin əhaliyə ödənişləri 5 faizdən çox artıb

25226

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əhaliyə ödənişləri 5 faizdən çox artıb. 

Bizim.Media xəbər verir ki, DSMF-dən verilən məlumata görə, fondun gəlirlərində artım tempi 2021-ci ilin yanvar-may aylarında da davam edib.
 

MÖVZU İLƏ BAĞLI:

DSMF ödənişləri kiçik sahibkarlığa zərbə vurur - VERGİDƏ dəyişiklik lazımdır


Həmin dövrdə Fondun gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,6% və ya 142,8 mln. manat artaraq 2 302,1 mln. manat olub.

DSMF gəlirlərinin tərkibində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 8,4% (118,8 mln. manat) artaraq, 1 527,7 mln. manat təşkil edib.

Yanvar-may aylarında Fondun əhaliyə ödənişlər üzrə xərcləri 5,1% artaraq 2 012,8 mln. manat olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO